Şimali Koreya nüvə silahından imtina etməyəcək

Şimali Koreya nüvə silahından imtina etməyəcək

KXDR-in nüvəsizləşdirilməsi çağırışları konstitusiya quruluşuna hücumla müqayisə oluna bilər, Pxenyan heç vaxt nüvə silahından imtina etməyəcək.

AzerTimes xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat verib.

“KXDR-i milli təhlükəsizlik və mövcud olmaq hüququna mütləq zəmanətdən imtina etməyə çağırmaq sadəcə olaraq təkəbbürlü cəfəngiyyatdır. Bu, bütün Koreya xalqı tərəfindən yekdilliklə dəstəklənən nüvə dövlətinin suverenliyinə və konstitusiya ilə təsbit olunmuş statusuna birbaşa hücumdur”, – məqalədə qeyd olunub.

Teqlər: