Şimali Koreya Koreya müharibəsinin bitməsinin 70-ci ildönümü münasibətilə Pxenyanda keçirilən hərbi paradda ilk dəfə olaraq “Kiel-1” nüvə sualtı pilotsuz aparatını nümayiş etdirib.
AzerTimes xəbər verir ki, bu barədə Şimali Koreyanın CTAC agentliyi məlumat yayıb.
Bundan əlavə, ilk dəfə olaraq KN-24 operativ-taktiki raket sistemləri də nümayiş etdirilib.
Qeyd edək ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şimali Koreya lideri Kim Çen İnlə birlikdə paradı tribunadan izləyib.