
Şimali Koreya hipersəs raketlərini sınaqdan keçirilib.
AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
Məlumata görə, sınaqlar ölkə lideri Kim Çen İnin nəzarəti altında aparılıb.
“Kim Çen İn ölkənin hücum silahları sisteminin və ümumi nüvə müqavimətinin daha da təkmilləşdirilməsinin vacibliyini vurğulayıb”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, sınaqlar Çin lideri Si Szinpin və Cənubi Koreya Prezidenti Li Çje Myon arasında bazar ertəsi günü keçirilməsi planlaşdırılan zirvə görüşü ərəfəsində baş tutub.

