Şimali Koreya hipersəs raketin yanvarın 5-də uğurlu sınaqdan keçirdiyini bildirib.
Trend yerli KİV-lərə istinadən xəbər verir ki, mərmi 700 kilometr məsafəni qət edib və hədəfi dəqiqliklə vurub. KXDR lideri Kim Çen In sınaqlarda iştirak etməyib.
Yanvarın 5-də Cənubi Koreya Silahlı Qüvvələri KXDR-in Yapon dənizinə doğru naməlum mərmi atdığını bildirib. Yaponiya Sahil Mühafizəsinin məlumatına görə, KXDR təxminən 500 kilometr məsafədə uçmuş ballistik raket buraxıb.
Qeyd olunub ki, bu, Şimali Koreyanın bu il keçirdiyi ilk silah sınağıdır. Sonuncu dəfə bu cüe sınqalar ötən ilin payızında keçirilmişdir.