Şimali Koreyanın 20-yə yaxın əsgəri demarkasiya xəttini keçib, buna görə də Cənubi Koreya hərbçiləri xəbərdarlıq atəşi açıb.
AzerTimes xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Birləşmiş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.
“Şimali Koreya əsgərləri iyunun 9-u saat 12:30 radələrində mərkəzi bölgədəki demilitarizasiya zonası daxilində sərhədi keçiblər. Xəbərdarlıq atəşi açdıqdan sonra onlar geri qayıdıblar. Onların məqsədi sərhədi keçmək olmayıb. Şimali Koreya tərəfi bildirib ki, hazırda ərazini ot və kol basıb və bu, demarkasiya xətti nişanının görünməsini çətinləşdirir”, – məlumatda deyilir.