Rusiyada yerləşən Şimali Koreya qoşunları Ukraynadakı döyüşlərə cəlb olunarsa, qanuni hədəfə çevriləcək.
AzerTimes xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi deyib.
“Şimali Koreya əsgərləri Ukraynada döyüşmək qərarına gəlsələr, onlar qanuni hərbi hədəfə çevriləcəklər”, – o bildirib.
Qeyd edək ki, Pentaqon Şimali Koreya qoşunlarının Rusiya ərazisində olmasına dair sübutların olduğunu bəyan edib.