Şimali Koreya əcnəbilərin ölkəyə girişinə icazə verdi

Şimali Koreya əcnəbilərin ölkəyə girişinə icazə verdi

Şimali Koreya COVİD-19 pandemiyasının başlanmasından sonra tətbiq edilən məhdudiyyətləri aradan qaldıraraq, sentyabrın 25-dən əcnəbilərin ölkəyə daxil olmasına icazə verib.

AzerTimes xəbər verir ki, bu barədə Çinin CCTV telekanalı məlumat yayıb.

Məlumata görə, Şimali Koreya hakimiyyətinin əmrinə uyğun olaraq, bütün əcnəbilər ölkəyə gəldikdən sonra iki günlük karantindən keçməli olacaqlar.

Teqlər: