Şimali Koreya şərq sahillərindən Yapon dənizi istiqamətinə bir neçə qanadlı raket buraxıb.
AzerTimes xəbər verir ki, bu barədə Cənubi Koreya Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsi məlumat yayıb.
“Raketlərin buraxılışı saat 09:00-da (Bakı vaxtı ilə 04:00) Vonsandan şimal-şərq istiqamətində qeydə alınıb. Sayları məlum deyil”, – məlumatda bildirilib.