Şimali Koreya ballistik raket olduğu güman edilən raketi buraxıb

KXDR ballistik raket olduğu güman edilən raketi buraxıb.

AzerTimes-ın məlumatına görə, bu barədə Yaponiyanın “NHK” xəbər
verib.

Vurğulanıb ki, Yaponiya Müdafiə Nazirliyi hazırda Şimali
Koreyanın növbəti raket atışı ilə bağlı məlumat toplayır və təhlil
aparır. Yaponiyanın baş naziri Fumio Kişidanın ofisi yanında böhran
qərargahı işə başlayıb və hazırda bu il onuncu olan Pxenyanın raket
buraxılışından mümkün zərər haqqında məlumat toplayır.