Şimali Koreya ABŞ-ın sanksiyalarına daha qəti cavab verəcəyini bildirib

Şimali Koreya ABŞ-ın Pxenyana qarşı yeni sanksiyalar tətbiq etməsindən sonra “daha güclü və qəti cavab” verməli olacağı barədə xəbərdarlıq edib.

Trend xəbər verir ki, Koreya Mərkəzi Teleqraf Agentliyinin saytında yerləşdirilmiş KXDR XİN təmsilçisinin bəyanatında bildirilir ki, əgər ABŞ bu cür qarşıdurma mövqeyini davam etdirsə, KXDR buna daha sərt və daha qəti reaksiya verməyə məcbur olacaq.

Onun sözlərinə görə, son zamanlar hipersəs raketlərinin buraxılışı özünümüdafiə hüququnun həyata keçirilməsi olub.

“Bu heç bir konkret ölkə və ya qüvvələrə qarşı yönəlməyib və qonşu ölkələrin təhlükəsizliyinə heç bir zərər vurmayıb”, – deyə bəyanatda qeyd olunur.

Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın hərəkətlərini “açıq-aşkar təxribat” adlandırıb və Vaşinqtonu “vəziyyəti qəsdən gərginləşdirməkdə” ittiham edib.

Teqlər: