İyulun 20-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Şimali Kipr Türk Respublikasında yeni aeroport istifadəyə veriləcək.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin infrasturktur və nəqliyyat naziri Əbdülqədir Uraloğlu deyib.
O bildirib ki, hava limanının tikintisinə 400 milyon avro xərclənib.
“Paytaxt Nikosiyada Türkiyəni ŞKTR ilə, ŞKTR-ni isə dünya ilə birləşdirəcək yeni Ercan Hava Limanı iyulun 20-də prezidentimiz Rəcəb Tayyib Ərdoğanın da iştirak edəcəyi mərasimdə istifadəyə veriləcək.
“400 milyon avroluq sərmayə sayəsində hava limanının tutumu 10 milyon sərnişindir. 3,1 min metrlik uçuş-enmə zolağı bütün sərnişin təyyarələri modellərinin istifadəsi üçün əlverişlidir. Ümumilikdə, 30 təyyarə dayanacağı var”, – deyə nazir bildirib.