“Şimal-Cənub” dəhlizi ilə yükdaşımaların həcmi artıla bilər

“Şimal-Cənub” dəhlizi ilə yükdaşımaların həcmi artıla bilər

Rusiya, Qazaxıstan, Türkmənistan və İrandan keçən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin şərq qolunun potensialı ildə 15 milyon tona qədərdir.

AzerTimes xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazım Cəlali deyib.

Onun sözlərinə görə, ötən ildən bu istiqamətdə yüklər daşınır və daşımaların həcmi 650 min ton təşkil edib.

Səfirin sözlərinə görə, bu il yük dövriyyəsinin 2 milyon tona çatdırılması planlaşdırılır.

Teqlər: