“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə bağlı Azərbaycan və Hindistan logistika şirkətləri arasında qarşılıqlı görüş keçirilib

Hindistanın Bakıdakı Səfirliyi Hindistan Ticarət və Sənaye Palataları Federasiyası (FICCI) ilə birlikdə Hindistan və Azərbaycanın logistika şirkətləri arasında “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizini müzakirə etmək üçün qarşılıqlı görüş keçirildi. Görüşdə Hindistan Yük Daşıyıcıları Federasiyası, CONCOR Hindistan, ADY Konteyner, ADY Express, Beynəlxlaq Bakı Limanı da daxil olmaqla, hər iki tərəfdən mühüm maraqlı tərəflər iştirak etdilər.

2. Təxminən 45 iştirakçının qatıldığı onlayn görüşün açılışında FICCI-nin Baş Katibinin müavini cənab Maniş Sinqal, ŞCND fəaliyyət göstərdikdən sonra nəqliyyat xərclərinin və daşınma vaxtının müvafiq olaraq 30% və 40% azaldıla biləcəyini vurğuladı. İT şirkətləri, maliyyə qurumları, nəqliyyat və logistika şirkətləri və s. kimi digər maraqlı tərəflərin də özlərini ŞCND-nin uğurlu fəaliyyətinə hazırlamalı olduğunu bildirdi.

3. Səfir cənab B. Vanlalvavna görüşdə çıxış edərək, həm Hindistanın həm də Azərbaycanın ŞCND-nə çox böyük önəm verdiklərini bildirdi və iştirakçıları iki ölkə arasında malların daşınması üçün nəqliyyat dəhlizindən istifadəni təşviq etməyə dəvət etdi. Səfir iştirakçılara Hindistanın Çabahar Limanının ŞCND-nə daxil edilməsini təklif etdiyi barədə məlumat verdi və Limanın təklif etdiyi müxtəlif güzəştlərdən danışdı. O, yaxın aylarda Bakıda keçirilməsi ehtimal olunan Koordinasiya Şurasının növbəti iclasında Çabahar limanının ŞCND-nə daxil edilməsinə dair müsbət qərarın veriləcəyinə ümid etdiyini bildirdi.

4. Vebinarda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Birləşmiş Tranzit Operatoru İdarəsi rəis müavini Orxan Mustafayev, Qlobal Express Multilogistics Pvt. Ltd. şirkətinin icraçı direktoru və Hindistan Yük Daşıyıcıları Federasiyasının sədri cənab Şankar Şinde və CONCOR Hindistan şirkətinin icraçı direktoru cənab Ravi Kumar da çıxış etdilər. Həmçinin, ADY Konteyner MMC-nin direktoru cənab Natiq Cəfərov, ADY Express MMC-nin Logistika şöbəsinin müdiri cənab Yusif Ramazanov və Bakı Limanının Marketinq şöbəsinin əməkdaşı cənab Nicat Şabanlı tərəfindən ətraflı təqdimatlar edildi.

Teqlər: