Şimal bölgəsindəki yanğınlar niyə gec söndürülür? – Rəsmi

Şimal bölgəsindəki yanğınlar niyə gec söndürülür? – Rəsmi

Havanın küləkli və isti olması yanğının söndürülməsinə çətinliklər yaradır.

AzerTimes xəbər verir ki, bunu Report-a fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib.

“Hələ ki, ciddi təhlükə yoxdur. Siyəzəndə dağ silsiləsində təxminən 30-40 hektara qədər ərazi tüstülənir. Hazırda oraya 300-ə yaxın canlı qüvvəmiz cəlb edilib”.

“Aviasiya dəstəsinin “BE-200 ÇS” tipli amfibiya təyyarəsi və 3 ədəd helikopteri də cəlb edilib. Ümumilikdə ölkənin şimal bölgəsində 5 min hektara yaxın ərazidə yanğın izləri var”, – o əlavə edib.

Teqlər: