Rusiyadan Avropaya “Şimal axını” kəməri ilə göndərilən qaz nəqli dayandırılıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
“Şimal axını” kəmərində qaz təchizatı 11-21 iyul tarixlərində – 10 gün müddətinə planlı təmir işləri aparılması məqsədilə dayandırılıb.
Qeyd edək ki, iyun ayında Rusiyanın “Qazprom” şirkəti “Şimal axını” ilə Avropaya qaz axınını əhəmiyyətli dərəcədə azaldıb.