SİMA üzrə yeni tərəfdaş Yelo Bank oldu

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət
göstərən “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA – bulud əsaslı
yeni nəsil rəqəmsal imzanın tərəfdaş qurumların sistemlərinə
inteqrasiya prosesi davam edir. Proses üzrə növbəti tərəfdaş qurum
Yelo Bank oldu. Tərəfdaşlığa əsasən Yelo Bank-ın müştəriləri Yelo
mobil tətbiqindən artıq SİMA imza ilə qeydiyyatdan keçə
bilərlər.

Rəqəmsal imzanı əldə etmiş müştərilər növbəti mərhələdə bank
xidmətləri üçün onlayn müraciət etdikdə, bütün sənədləri SİMA ilə
imzalaya biləcək. Bununla da vətəndaşlar SİMA-nın üstünlüklərindən
istifadə edərək banka gəlmədən, zaman itkisinə yol vermədən Bankın
müxtəlif məhsullarını əldə edə biləcəklər.

SİMA vasitəsilə bank xidmətləri ilə yanaşı, digər sahələr üzrə
də elektron xidmətlərdən yararlanmaq mümkündür. Bunlara rəqəmsal
dövlət, BOKT, sığorta, mobil operatorlar, elektronika, məişət, TV
və internet provayderlər, bir sözlə imza tətbiq olunan bütün
sahələr daxildir.

Yeni nəsil rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət
təklif edənlər üçün bir sıra üstünlükləri var. Bunlara maliyyə
xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması
daxildir. Eyni zamanda, SİMA-nın istənilən sistemə inteqrasiya
oluna bilməsi, eləcə də avtomatlaşdırılma istifadəçilərə sürətli və
istənilən sayda imzalama imkanı qazandırır.

Mobil tətbiqlə işləyən imzanı əldə etmək üçün SİMA tətbiqini
mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir.
Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes
proseslərini sürətləndirəcəyi gözlənilir. SİMA rəqamsal imza ilə
bağlı daha ətraflı məlumatı şirkətin rəsmi saytından və 157 Çağrı
Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981
nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın və ya
https://www.yelo.az/
vebsaytımıza keçid edin.

Yelo Bank – Parlaq bankçılıq!

Teqlər: