Silva: Zabit Səmədovun məni seçməsi fəxrdir!

Silva: Zabit Səmədovun məni seçməsi fəxrdir!

Peşəkar olduğum üçün rəqibimə hörmətlə yanaşıram.

AzerTimes xəbər verir ki, bunu karyerasının sonuncu döyüşünü keçirəcək Azərbaycanın K-1 döyüşçüsü Zabit Səmədovun rəqibi olan braziliyalı Antonio Silva sentyabrın 8-də Bakıda təşkil olunan mətbuat konfransında deyib.

O, sonuncu 7 döyüşündə uduzması ilə bağlı verilən suala belə cavab verib:

“Həqiqətən bu suala cavab vermək çətindir. Sonuncu döyüşüm Oleq Popova qarşı olub. O da “Glory” döyüşçüsü idi”.

Qırx iki yaşlı “Yekəayaq” ləqəbli braziliyalı idmançı deyib:

“Maraqlı döyüş olacaq. Zabit Səmədovun son döyüş üçün məni seçməsi mənim üçün fəxrdir. Bilirəm ki, o, Azərbaycanda kifayət qədər populyardır. Onun burada kifayət qədər dəstəkçisi olacaq. Burada sakit danışmağımıza baxmayın. Sentyabrın 10-da ağır döyüş olacaq”.

Qeyd edək ki, döyüş gecəsi sentyabrın 10-da Milli Gimnastika Arenasında keçiriləcək. Bu, Zabit Səmədovun sonuncu döyüşü olacaq.

Teqlər: