Silahlı qüvvələrin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üçün dövlət büdcəsindən vəsait artırılır

Xəbər - Elçin Mehdiyev – Trend:

Silahlı qüvvələrin müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait artırılır.

AzerTimes-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, Silahlı Qüvvələrimizin müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi, dövlətin milli təhlükəsizliyinin gücləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə hərbi hissələrin yerləşdirilməsi, bərpa edilmiş dövlət sərhədinin etibarlı qorunması üzrə tədbirlərin maliyyələşdirilməsi növbəti ilin büdcəsinin prioritet xərclərinin vacib istiqamətləri kimi qalacaq.


Nazir qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə qulluq edən hərbi qulluqçular üçün əməyin ödənişi fondunun xərcləri 761 milyon manat artırılıb

“Bu məqədlə gələn ilin dövlət büdcəsi xərclərinin 15 faizi, 4 milyard 490 milyon manat həcmində vəsait nəzərdə tutulub” – deyə nazir əlavə edib.

Teqlər: