Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Silahlı
Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə qanunu imzalayıb.
Qanuna əsasən “Azərbaycan Respublikasının Silahlı Qüvvələri
haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsində
“Silahlı Qüvvələrin dinc, real təhdid, səfərbərlik və müharibə
(silahlı münaqişə)” sözləri “Azərbaycan Ordusunun və başqa silahlı
birləşmələrin hər biri üçün ayrılıqda dinc və müharibə (silahlı
münaqişə)” sözləri ilə, “tələbat” sözü “təminat” sözü ilə əvəz
edilir.