Silahlı hücumda yaralananların son durumu

Silahlı hücumda yaralananların son durumu

Xətai rayonu Əhmədli qəsəbəsində hipermarketdəki silahlı insident zamanı yaralananların vəziyyəti açıqlanıb.

TƏBİB-dən AzerTimes-a verilən məlumata görə, hadisə nəticəsində yaralanan iki nəfər Sabunçu Tibb Mərkəzinə yerləşdirilib:

“Bakıda hipermarketlərin birində baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 12:21 radələrində çağırış daxil olub.

Hadisə nəticəsində xəsarət alan 2 nəfər TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə təxliyə edilib. Hazırda onlara zəruri tibbi xidmət göstərilir. 1 nəfər hadisə yerində dünyasını dəyişib”.

Teqlər: