Silah çatmır, fərarilərin sayı xeyli artacaq – “Rusiç”

Silah çatmır, fərarilərin sayı xeyli artacaq – “Rusiç”

Ruslar cəbhənin müxtəlif istiqamətlərində silah və texnika çatışmazlığından şikayətlənirlər.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

Məlumata görə, Rusiyanın “Rusiç” təxribat-kəşfiyyat qrupu cəbhə xəttində müxtəlif problemlərin siyahısını dərc edib:

“Rusiyanın əks-batareya silahlarının məsafəsi və dəqiqliyi aşağıdır. Bizdə lazerlə idarə olunan mərmilər, eləcə də onları idarə etmək üçün PUA-lar yoxdur. Rusiyanın “Tornado-S” RYAS-ı Ukraynanın HİMARS sistemləri ilə müqayisədə elektron müharibəyə daha az davamlıdır. Rusiya qoşunları yaralıları və ölüləri döyüş zonasından çıxarmır və təxliyə etmir. Bu da bəzi rus hərbçiləri döyüş tapşırıqlarından imtina etməyə vadar edir. Vəziyyət dəyişməsə, fərarilərin sayı xeyli artacaq”.

Teqlər: