Ermənistanın lazımi müdafiə silahlarını əldə etmək üçün bütün maliyyə imkanları var.
AzerTimes xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Silahların əldə edilməsi 4 komponentdən ibarətdir: maliyyə, siyasi, texniki və nəqliyyat.
Birincisi ilə bağlı heç bir problem yoxdur, amma siyasi məsələyə gələndə elə ölkələr var ki, bizə silah satmağa hazır deyillər. Bunu etməyə hazır olanların isə lazımi silahları yoxdur. Nəqliyyat komponentinə gəlincə, təəssüf ki, Ermənistanın beynəlxalq satıcıdan silah alıb ölkəyə gətirmək üçün dənizə çıxışı yoxdur”, – Paşinyan bildirib.