Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 269, 317.1, 319.1 və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddələrinə əsasən, həyat sığortası ilə kredit götürmüş və ya əmlaka sahib olmuş şəxslərin varislərindən ödəniş tələb edilə bilməz.
AzerTimes xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov qeyd edib.
Millət vəkili bildirib ki, bu sığorta növünün əsas özəlliyi məhz borclananın dünyasını dəyişdiyi zaman qalan xərcin sığorta şirkəti tərəfindən ödənilməsidir:
“Bu baxımdan, əgər həyat sığortasında kredit məbləği tam olaraq nəzərə alınırsa, onda varisdən heç bir ödəniş tələb edilə bilməz. Borclanan həyat sığortası üzrə həmçinin ona görə ödəniş edir ki, dünyasını dəyişərsə, varisindən vəsait tələb olunmasın.
Qeyd edək ki, hazırda hətta daxili ipoteka kreditlərinin böyük əksəriyyətində həyat sığortası əsas şərtərdəndir. Bu baxımdan, nəinki ipoteka krediti və Zəmanət Fondu tərəfindən verilən ipoteka kreditlər, hətta daxili kreditlər üzrə də sığorta varsa, varisə heç bir öhdəlik buraxılmır. Qalan məbləğ sığorta şirkəti tərəfindən qarşılanır”.
Qeyd edək ki, Konstitusiya Məhkəməsi Azərbaycanda vəfat edən şəxsin ipoteka krediti borcunu vərəsələrinin ödəyəcəyi ilə bağlı qərar verib.