Sığorta hadisəsinin müştərək maliyyələşmə məbləğinin tətbiqi daha 1 il təxirə salınır

Xəbər - Elçin Mehdiyev – Trend:

Sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən
zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və
sığortaolunan tərəfindən ödənilən müştərək maliyyələşmə məbləğinin
tətbiqi proseduru daha 1 il təxirə salınır.

AzerTimes-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün
keçirilən plenar iclası çərçivəsində müzakirəyə çıxarılan “Tibbi
sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini
tapıb.

Dəyişiklikdə qeyd edilir ki, “Tibbi sığorta haqqında” qanunda
nəzərdə tutulan sığorta hadisəsi nəticəsində yaranan itkilərin və
ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan
və sığortaolunan tərəfindən ödənilən müştərək maliyyələşmə
məbləğinə aid hissələrdə qanunun 15-28.3-cü və 15-28.4-cü maddələri
2023-ci il 1 yanvar tarixindən etibarən qüvvəyə minəcək.


Qeyd edək ki, bundan əvvəl müştərək maliyyələşmə məbləğinin
tətbiqinin 2022-ci il 1 yanvardan qüvvəyə minməsi nəzərdə
tutulmuşdu.

Qanuna dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul
edilib.

Teqlər: