Azərbaycan 2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə qlobal miqyasda 18-ci yerdədir
AzerTimes Report-a istinadla xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin (“Azərkosmos”) nümayəndəsi Murad Camalov bildirib.
“İqlim modellərinə əsasən, 2020-2040-ci illərdə temperaturun 0,5-2,5 dərəcə yüksələcəyi və yağıntıların 10-20% azalacağı proqnozlaşdırılır”, – deyə o qeyd edib.