Hazırda Kremennaya, Torski, Beloqorovka və Spornoe ərazilərində şiddətli döyüşlər davam edir, lakin Baxmut hərbi əməliyyatların episentri olaraq qalır.
AzerTimes xəbər verir ki, bunu Ukraynanın Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski deyib.
“Əslində bütün şərq cəbhə xəttində düşmən hücum əməliyyatları aparır, qoşunlarımızın müdafiəsini yarıb onların döyüş birləşmələrinin dərinliklərinə doğru irəliləməyə çalışır. Baxmutun şimalında, şərqində və cənubunda əsgərlərimizin cəsarəti sayəsində düşmən böyük itkilər verir və yenə də uğur qazanmadan geri çəkilir”, – Sırski bildirib.
O əlavə edib ki, Ukrayna Müdafiə Qüvvələrinin itkiləri var, lakin onlar düşmənə verdiyindən qat-qat azdır.
General bəzi mövqelərdə Ukrayna ordusunun uğur qazandığını da qeyd edib.