Siçovullar da minatəmizləməyə cəlb edildi – Foto

Siçovullar da minatəmizləməyə cəlb edildi – Foto

Azərbaycanda ilk qadın minatəmizləmə qrupu tərəfindən siçovullar və itlərlə minatəmizləmə təlimi nümayiş olunub.

AzerTimes Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı və ANAMA-nın tərəfdaşlığı ilə “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq forum Ağdamda davam etdirilir.

Ağdama gələn beynəlxalq ekspertlərə Azərbaycanda ilk qadın minatəmizləmə qrupu tərəfindən siçovullar və itlərlə minatəmizləmə təlimi nümayiş olunub. Bildirilib ki, 12 Siçovul, 8 it, 25-dən çox qadın var.

Teqlər: