Rusiyanın Qərbi Sibir regionunun Novosibirsk və Kemerovo vilayətlərinin bəzi ərazilərində, həmçinin Altay diyarında baş verən anomal istilər 1970-1980-ci illərin temperatur rekordlarını qırıb.
AzerTimes xəbər verir ki, bu barədə Qərbi Sibir Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi Mərkəzindən məlumat verilib.
“İyunun 22-dən həm Novosibirsk vilayətində, həm də Qərbi Sibirdə rekord istilər qeydə alınıb. Novosibirsk vilayətinin İskitim rayonunda əvvəlki rekord 33,5 dərəcə ilə 1982-ci ilə aid idi. İndi isə 34,6 dərəcədir. Bölgənin cənub-şərqindəki Maslyaninoda əvvəlki rekord 1963-cü ildə qeydə alınmışdı, 2024-cü ildə 32,9 dərəcə isti olub”, – məlumatda qeyd edilib.
Bundan başqa, Altay diyarı, Altay Respublkası və Kemerovo vilayətində istilər ötən əsrin 70-80-ci illərinin rekordlarını üstələyib.
Bildirilib ki, istilər Qərbi Sibirdə iyunun sonuna kimi davam edəcək.
Havanın temperaturunun yüksəlməsinə səbəb kimi Orta Asiyadan isti hava axınının gəlməsi göstərilir.