Sibel Canın konsertində qarşıdurma baş verdi – Video

Sibel Canın konsertində qarşıdurma baş verdi – Video

Türkiyəli müğənni Sibel Canın konsertində gərgin anlar yaşanıb.

AzerTimes Türkiyə mediasına istinadən xəbər verir ki, konsert zamanı Erdemit Bələdiyyə sədri Həsən Arslan müğənniyə təşəkkür etmək üçün səhnəyə çıxmaq istəsə də, mühafizəçilər ona icazə verməyib.

Bundan əsəbləşən sədr konsert zalını tərk edən zaman təşkilatçılarla da mübahisə edib, daha sonra qarşıdurma yaşanıb.

Əraziyə jandarm qüvvələri gəlib, Həsən Arslan ərazidən uzaqlaşdırılıb.

Sibel Can isə konserti müvəqqəti dayandırıb, gözləmə zalına keçib. Qısa fasilədən sonra yenidə səhnəyə qayıdıb.

Teqlər: