Sibel Can Məmmədbağırın mahnısını oğurladı – Video

Sibel Can Məmmədbağırın mahnısını oğurladı – Video

Türkiyəli müğənni Sibel Canın səsləndirdiyi “Tamam o zaman” mahnısı plagiat çıxıb.

AzerTimes Axsam.az-a istinadən xəbər verir ki, bəstənin mərhum xalq artisti Məmmədbağır Bağırzadənin oxuduğu “Gülüb getdi” mahnısının eynisi olduğu iddia edilib.

Məsələ sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Musiqi fərqli aranjiman edilsə də, mahnının bənzərliyi açıq-aşkar görünür. Qeyd edək ki, mahnı mərhum bəstəkar Tahir Əkbər tərəfindən ərsəyə gətirilib. T.Əkbər “Gülüb getdi” mahnısını 1987-ci ildə bəstələyib. Sibel Can isə bundan 28 il sonra Ayman Bahqat və Tamər Əlinin bəstələdiyi sözügedən ifanı dinləyicilərə təqdim edib.

Teqlər: