Çin lideri Si Szinpin ŞƏT sammitində iş gününün sonunda dövlət başçılarının şam yeməyinə gəlməyib.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Qeyd olunur ki, Çin nümayəndə heyəti Si Szinpinin 11 dövlət başçısı ilə şam yeməyindən imtina etməsinə səbəb kimi koronavirusla mübarizə tədbirlərini göstərib.