Çin Xalq Respublikasının Sədri Si Cinpin ABŞ Prezidenti Cozef Baydenin təkbətək görüş təklifindən imtina edib.
AzerTimes-ın məlumatına görə, bu barədə “Financial Times” qəzetinə iki ölkə liderinin telefon danışığının təfərrüatları barədə məlumatlı mənbə bildirib.
Məlumata əsasən, C.Bayden keçən həftə liderlər arasında 90 dəqiqəlik telefon danışığı zamanı yüksək səviyyəli görüş keçirməyi təklif edib. Lakin Si Cinpin bu təklifi rədd edib və vurğulayıb ki, Vaşinqtonun Pekinə münasibətdə daha az sərt ton seçməlidir.
Qeyd edilir ki, Si Cinpinin görüşdən imtina etməsi “bir sıra ABŞ rəsmilərinin Pekinin Vaşinqtonla çətin bir oyun oynamağa davam etdiyi qənaətinə gətirib çıxarıb”.