Shell Rusiyadakı BM-dən çıxır və “Şimal axını 2”yə ​​sərmayələri dayandırır

Xəbər - Ləman Zeynalova – Trend:

“Shell plc”nin Direktorlar Şurası “Qazprom” və əlaqəli
təşkilatlarla birgə müəssisələrdən, o cümlədən “Saxalin-2” maye qaz
istehsalı zavodundakı 27,5 faiz, “Salym Petroleum Development” və
Qdansk enerji müəssisəsindəki 50 faizlik payından çıxmaq niyyətini
açıqlayıb.

AzerTimes-ın “Globenewswire”a istinadən verdiyi məlumata görə, “Shell” həmçinin “Şimal axını 2” qaz kəməri layihəsində iştirakını
dayandırmaq niyyətindədir.


2021-ci ilin sonunda “Shell”in Rusiyadakı bu müəssisələrdəki
dövriyyədənkənar aktivləri təxminən 3 milyard dollar təşkil
edib.

Teqlər: