Şəkidən Mingəçevirə gedən mikrobus qəzaya uğrayıb.
Bədbəxt hadisə bu gün (aprelin 20-si) saat 13:30 radələrində, Yevlax-Zaqatala-Gürcüstan yolunun 30-cu kilometrliyində, Şəki rayonunun Cəfərabad kəndi ərazisində qeydə alınıb.
Şəki rayon sakini, 1987-ci il təvəllüdlü Mürşüdov Raqif Fərhad oğlunun idarə etdiyi “Mercedes” markalı, 10 VR 843 dövlət nömrə nişanlı mikroavtobusun idarəetməsini itirməsi nəticəsində aşıb. Nəticədə ikisi uşaq olmaqla, 17 nəfərin xəsarət aldığı bildirilir.
İlkin ehtimala görə, hadisəyə texniki nasazlıq səbəb olub.
Şəki rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, mikroavtobusun aşması nəticəsində xəsarət alan 1932-ci il təvəllüdlü, Şəki rayon Sarıca kənd sakini Eyvazova Gülqələm İsabala qızı və Mingəçevir şəhər sakini, 1946-cı il təvəllüdlü Kərimova Şükufə Məcid qızı qapalı kəllə-beyin travması alıb. Ş.Kərimova ilkin tibbi yardım göstəriləndən sonra Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına göndərilib.
Hadisə nəticəsində xəsarət alan 15 nəfərə isə tibbi yardım göstərilib. Onların vəziyyəti normal olduğundan ambulator müayinəyə yazılaraq evə buraxılıb.
Xəsarət alanlar:
Mustafayev Oxşar Şirin oğlu
Tomrazlı Şəhla Elçin qızı
İsmayılova Səlimə Binnət qızı
Babayev Mürvət Hacıbala oğlu
Hümbətov Rəsul Şahlar oğlu
Yusifova Şərqiyyə Ələddin qızı
Kərimov Sabit Əliş oğlu
Yusifova Ruhiyyə Ələddin qızı
Bayramov Zülfü Əlihüseyn oğlu
Əliyeva Ceyhunə İbrahim qızı
Mustafayeva Kifayət Fəxrəddin qızı
Mürşüdov Rakif Fərhad oğlu (sürücü)
Camalova Nərmin İmran qızı (2011-ci il təvəllüdlü)
Camalova Dərya İmran qızı (2010)
Bağırova Şahanə Etibar qızı (2012)