Səyyad Əlizadənin son vəziyyəti açıqlandı

Xəbər - Vüqar İmanov – Trend:

Bir neçə saat əvvəl məşhur müğənni, xalq mahnıları və estrada ifaçısı Səyyad Əlizadə Zığ qəsəbəsində koronavirus xəstələri üçün nəzərdə tutulan modul tipli xəstəxanaya yerləşdirilib.

Bunu AzerTimes-a müğənninin qardaşı Səccad Əlizadə deyib.

O bildirib ki, Səyyad Əlizadə 10 gün ərzində xəstə olub: “Bu gün onun vəziyyəti kəskin pisləşib və xəstəxanaya yerləşdirilib. O, hazırda süni nəfəs aparatına qoşulub. Həkimlər analiz götürüb, müalicə aparılır”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: