Şeyxdən yeni təyinat: Nəcəfova yüksək vəzifə verildi

Şeyxdən yeni təyinat: Nəcəfova yüksək vəzifə verildi

Bu gün Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) yeni sədr müavini təyin olunub. Şeyxülislam Allahşükür Paşazadənin müavini postu Bəxtiyar Nəcəfova həvalə edilib.

AzerTimes xəbər verir ki, yeni sədr müavini təyinatla bağlı Modern.az-a açıqlamasında Bakı İslam Universitetində təhsil aldığını deyib:

“Bir müddət Naxçıvan Muxtar Respublikasının Babək rayonunda axund vəzifəsində çalışmışam. Bundan sonra Naxçıvan Muxtar Respublikasının Dini İcmalar Birliyinin sədri olmuşam. 2007-ci ildə Bakıya köçmüşəm və Qafqaz Müsəlmanlar İdarəsinin xarici əlaqələr şöbəsində aparıcı mütəxəssis vəzifəsində çalışmışam. Həmçinin pandemiyadan öncə Heydər məscidinə axund kimi, daha sonra Təzəpir məscidinə imam təyinatı almışam”.

“Ümumiyyətlə, Şeyx həzrətləri ağsaqqalımızdır. O, geniş şeyxulislamlıq təcrübəsi, dini xidmətlərinə əsasən təyinat edib. Yəni məsləhət olubsa, deməli, bu, onun uzaqgörən siyasətinin nəticəsidir. Mən hələ bu işdə yeniyəm. Ancaq onu deyə bilərəm ki, həm bizim, həm də dövlətimiz üçün nə olacaqsa, faydalı olacağını düşünürəm. İndiyədək dini məsələlər və imamların təyinatı məsələsi məsləhətlərə uyğun həyata keçirilib”,- deyə Bəxtiyar Nəcəfov vurğulayıb.

Qeyd edək ki, hazırda Şeyxülislam Allahşükür Paşazadənin 6 müavini var.

Teqlər: