Şeyx Heydərin Xızıda məhv olan məqbərəsi – Foto

Şeyx Heydərin Xızıda məhv olan məqbərəsi – Foto

Şah İsmayıl Xətainin atası Şeyx Heydərin Xızı rayonunun Ağdərə kəndində yerləşən məqbərəsi dağılıb.

Məsələ ilə bağlı AzerTimes-a açıqlama verən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov bildirib ki, sözügedən məqbərə daşınmaz tarix-mədəniyyət abidələri siyahısına daxil edilməyib:

“Türbə Nazirlər Kabinetinin 2 avqust 2001-il tarixli qərarı ilə dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix-mədəniyyət abidələri siyahısına daxil deyildir. Buna baxmayaraq, ölkə ərazisində olan və həmin siyahıda yer almayan abidələrin aşkar olunaraq qeydiyyata götürülməsi istiqamətində aparılan monitorinqlər davam etdirilir. Son illər aparılmış monotorinqlər nəticəsində 1700-dək abidə aşkar olunaraq tarixi abidələr siyahısına daxil edilib. Eləcə də Xızı rayonu üzrə 64 abidə yeni aşkar olunmuş abidə kimi qeydiyyata alınıb. Yeni aşkar olunmuş bütün abidələrin dövlət tərəfindən mühafizə olunan tarix-mədəniyyət abidələri siyahısına daxil edilməsi üçün müvafiq dövlət orqanlarına təqdim olunacaq. Bundan sonra həmin abidələrin təmir-bərpa, konservasiya, restavrasiyası istiqamətində işlərin həyata keçirilməsi nəzərdə tutulur”.

Qeyd edək ki, 1488-ci ildə Şahdağ ətəyində Şirvanşahların birləşmiş qüvvələri ilə qızılbaş qoşunları arasında baş vermiş döyüş nəticəsində öldürülən Şeyx Heydər müridləri tərəfindən elə orada da dəfn olunub. Sonradan onun nəşi Ərdəbilə aparılıb.

Teqlər: