Azərbaycan-Ermənistan sərhəd delimitasiyası istiqamətində atılan ilk addımı dəstəkləyir və xeyir-dua veririk.
AzerTimes xəbər verir ki, bunu VI Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlərin Şuşa görüşündə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə deyib.