
Bulvarkənarı, DünyaGöz klinikası ilə üzbəüz ağır nəqliyyat qəzası baş verib.
Yol qəzası saat 15:10 radələrində olub.
AzerTimes-ın verdiyi xəbərə görə 99-JK-186 qeydiyyat nişanlı Fiat Doblo model kiçik həcmli yük avtomobili 90-PE-467 qeydiyyat nişanlı Azsamand markalı minik avtomobilinə arxadan çırpılaraq, minik avtomobilini yararsız hala salıb.
Hadisə yerinə dərhal YPX əməkdaşı gəlib. Araşdırma aparılır.