20:44
Hindistan əsilli britaniyalı yazıçı Salman Rüşdi Nyu Yorkda hücuma məruz qalıb.
AzerTimes xarici mediaya istinadən bildirir ki, Çautauqua İnstitutunda mühazirə oxumaq üçün səhnəyə çıxarkən yazıçıya naməlum şəxs hücum edib. Ruşdini döyən şəxsin əlində bıçaq da olub.
Nyu York Polis Departamentinin məlumatına görə, yazıçı boynundan bıçaqlanıb. O, helikopterlə xəstəxanaya çatdırılıb. Rüşdinin vəziyyəti haqqında əlavə məlumat yoxdur.
Xatırladaq ki, Rüşdinin 1989-cu ildə yazdığı “Şeytan ayələri” romanı müsəlmanların kəskin etirazına səbəb olub. İranın Ali Rəhbəri Ayətullah Xomeyni Rüşdinin öldürülməsinə fətva verib. 2012-ci ildə İranın dini fondu yazıçının qətlinə görə 3,3 milyon dollar mükafat təyin edib.