2000-ci illərin əvvəlindən bugünə qədər Azərbaycan ədəbiyyatının tək və həqiqi yazıçısı bir nəfərdir:
– Seymur Baycan!
Ona görə tək və həqiqi yazıçı Seymur Baycandır ki, bu günə qədər nəsildaşlarından və sonrakı ədəbi nəsildən fərqli olaraq, bir cümlə də yaltaqlığa hesablanan, yolunu dönən, mübarizəsini satan bir cümlə belə yazmadı.
O, heç vaxt “bu filankəsdir, filankəs mənə bunu etdi, filankəsə bunu yazım” yolunu tutmadı.
O, heç vaxt çörəyi seçmədi.
O, ədəbiyyata, yazıya inandı və həyatını – yaşaya biləcəyi həyatı seçmədi.
Azərbaycanlı məntiqi ilə desək, bədbəxt oldu.
Dünya məntiqi ilə desək, dünyanın mənəvi cəhətdən ən xoşbəxt adamlarındandır.
Seymur müasir Azərbaycan ədəbiyyatında xüsusi ilə xarakterinə görə nümunə ola biləcək tək və tənha adamdır.
Onun olduğu ədəbiyyat cəbhəsindəki mübarizliyi, əzmi, heç müxalif düşərgədə belə bir kimsədə olmadı.
Görünür, milyonda bir olsa da, Seymurlar var.
Təkcə buna görə o, çox böyük və qiymətlidir.
O, doğrudan da tarana getdi, yazıçı həyatı yaşadı. Onunçün tək yol indi ölümdür – geriyə qətiyyən yol yoxdur.