Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası fəaliyyətini dayandırıb.
AzerTimes Oxu.az-a istinadən xəbər verir ki, 2002-ci ildən fəaliyyət göstərən federasiya bu dövr ərzində Naxçıvanda Avropa çempionları və mükafatçıları, dəfələrlə Azərbaycan çempionları, bir çox beynəlxalq şahmat turnirinin qalibi olan şahmatçılar yetişdirib.
Federasiya bu gündən fəaliyyətini dayandırıb və ləğv olunub
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası federasiyanın sədri Seymur Talıbov idi.
Seymur Talıbov Naxçıvan MR-in Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğludur.