Naxçıvan Ali Məclisinin bugünkü qəfil növbədənkənar sessiyasında Vasif Talıbovun istefası səsə qoyularkən oğlu Seymur Talıbov ağlayıb.
AzerTimes AzPolitika.info-ya istinadən xəbər verir ki, Naxçıvan Televiziyasının sessiyadan hazırladığı qısa reportajda kiçik Talıbovun gözüyaşlı olduğu açıq görünür.
Atasının istefa qərarına o da səs verir – tərəddüdlə və gözüyaşlı sol əlini yarıyadək qaldırır və tez də endirir.