Seyfəli poliqonunda yararsız döyüş sursatlarının növbəti utilizasiyası həyata keçiriləcək

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa
çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının
təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə
utilizasiyası davam etdirilir.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, döyüş sursatlarının utilizasiya prosesi
17.05.2022-ci il tarixdən 21.05.2022-ci il tarixədək Seyfəli
poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi
məlumat veriləcək.

Teqlər: