Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası keçiriləcək

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa
çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının
təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə
utilizasiyası davam etdirilir.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, məlumat üçün bildiririk ki, döyüş
sursatlarının utilizasiya prosesi 11.05.2022-ci il tarixdən
14.05.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata
keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi
məlumat veriləcək.

Teqlər: