Şəxsi məlumatları ələ keçirən sığortaçı ifşa olundu

Şəxsi məlumatları ələ keçirən sığortaçı ifşa olundu

Naxçıvanda ticarət mərkəzində yerləşən ev alqı-satqı ofisində çoxsaylı vətəndaşlara məxsus anket məlumatları aşkar olunub.

Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, aparılan araşdırmalar zamanı N.Məmmədovun sığorta şirkətində çalışdığı müddətdə vətəndaşlara onların evlərini sığortalamağı təklif etməklə məlumatlarını əldə etdiyi məlum olub.

N.Məmmədov ifadəsində 2000-dən çox şəxsin məlumatlarını bu yollarla əldə etdiyini və ev alqı-satqı işində həmin məlumatlardan istifadə etdiyini etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Daxili İşlər Nazirliyi vətəndaşaları ayıq-sayıq olmağa işbazların şirnikləndirici təkliflərinə inanmamağa və onların qurbanına çevrilməmək üçün bu kimi detallara diqqət etməyə çağırır.

Teqlər: