Bakının Binəqədi rayonunda baş verən yanğınla əlaqədar cinayət işi başlanıb, istintaq tədbirləri aparılır.
AzerTimes xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, yanğın zamanı 9 nəfər dünyasını dəyişib, yaralılar var:
“Təəssüf hissi ilə ölən şəxslərin ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirik. Onların müalicəsi istiqamətində bizim tibb orqanları tərəfindən tədbirlər həyata keçirilir”.
Baş prokuror bildirib ki, cinayətin səbəbləri və məsul şəxslərlə bağlı hazırda bütün ekspertizalar təyin edilib:
“Baş verən partlayış və yanğının səbəbi ilə bağlı bir neçə versiya var. Son nəticələr olan kimi təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi təmin ediləcək. Eyni qaydada Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı məsuliyyətə cəlb olunanlar var. Bunun da səbəb və şəraiti ilə bağlı hazırda istintaq davam edir”.