Sexdəki güclü yanğında xəsarət alanların son vəziyyəti açıqlanıb

Bakı şəhərinin Nərimanov rayonu ərazisində – metronun “Ulduz”
stansiyasının yaxınlığında yerləşən plastmas istehsalı sexində baş
vermiş yanğın zamanı iki nəfər yaralanıb.

Bu barədə Trend-ə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən
(TƏBİB) məlumat verilib.

Bildirilib ki, onlar ilkin zəruri tibbi yardım göstərildikdən
sonra ambulator müalicə üçün evə buraxılıblar.

Qeyd edək ki, Bakı şəhərinin Nərimanov rayonu ərazisində –
metronun “Ulduz” stansiyasının yaxınlığında yerləşən plastmas
istehsalı sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin
qüvvələri tərəfindən söndürülüb.

Bununla bağlı FHN məlumat yayıb.

Yanğının mürəkkəbliyinə, əhatə dairəsinin sürətlə genişlənmə
riskinə baxmayaraq, yanğınsöndürmə qüvvələrinin əlaqəli və effektiv
tətbiqi, yanğınsöndürənlərin peşəkarlığı sayəsində alovun geniş
sahəyə yayılmasına imkan verilməyib. Yanğın nəticəsində ümumi
sahəsi təxminən 28 000 kvadratmetr olan sex və anbarın ilkin
hesablamaya əsasən 900-1000 kvadratmetr hissəsi yanıb. Obyektin
böyük hissəsi yanğından mühafizə olunub.

Yanğın zamanı FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin iki
nəfər əməkdaşı yüngül xəsarət alıb.

Teqlər: