Səxavətli Qərbin Putinə hədiyyəsi

Səxavətli Qərbin Putinə hədiyyəsi

Böyük Britaniya və ABŞ Yaxın Şərqdə münaqişəyə cəlb olunarkən, Rusiya sakitcə böyük qələbə qazandı.

AzerTimes xəbər verir ki, bu barədə Çinin “Baijiahao” nəşrində dərc edilən analitik yazıda bildirilib.

Qeyd edilib ki, ABŞ və Britaniya öz donanmasını Qırmızı dənizə göndərərək Yəməndəki husilərin mövqelərinə zərbələrə endirdiyi zaman Rusiya üstünlük əldə edib:

“Bir çox şirkət gəmilərinin marşrutlarını dəyişir, təhlükəli ərazilərdən yan keçməli olur. Rusiyanın neft tankerləri isə kifayət qədər sakit şəkildə əvvəlki marşrutları ilə gedir və malları müştərilərə vaxtında çatdırır. Bu da Qərbdə hiddətə səbəb olub. ABŞ və müttəfiqləri Rusiya neftinin ixracını əngəlləmək üçün çoxlu cəhdlər etsə də, uğursuzluğa düçar olub. Üstəlik, Rusiya xam neftinin orta gündəlik tədarükünü əvvəlki həftələrlə müqayisədə son həftələrdə əhəmiyyətli dərəcədə artırmağı bacarıb”.

Analtiklərin sözlərinə görə, ABŞ özü də fərqinə varmadan Rusiyaya əla hədiyyə təqdim edib:

“ABŞ Qırmızı dəniz böhranını tətikləyərək, gəmiçilik şirkətlərini alternativ dəniz yolları axtarmağa məcbur etdi və Rusiyanın nəzarətində olan Şimal Dəniz Marşrutu bir seçim olaraq ortaya çıxdı. Belə bir vəziyyətdə Rusiya Prezidenti Vladimir Putin səxavətli Qərbin hədiyyəsini qəbul etdi”.

Teqlər: