Futbol üzrə Avropa Liqasında 2019/20 mövsümünə yekun vurulub.
Həlledici qarşılaşmada İspaniya təmsilçisi “Sevilya” ilə İtaliya “İnter”i üz-üzə gəlib.
5 qolun qeydə alındığı qarşılaşma “Sevilya”nın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da İspaniya təmsilçisi 6-cı dəfə Avroliqanın qalibi olub.
21 avqust
Avropa Liqası
Final
23:00. “Sevilya” (İspaniya) – “İnter” (İtaliya) – 3:2
Qollar: Lukaku, 5-pen (0:1), De Yonq, 12 (1:1), De Yonq, 33 (2:1), Qodin, 36 (2:2), Dieqo Karlos, 74 (3:2)
Baş hakim: Denni Makkeli
Almaniya, Köln. “Reyn Energi” stadionu.